Rusiya Şahmat Federasiyası (RCF) Asiya Şahmat Federasiyasına (ACF) qəbul edilib.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Əbu-Dabidə Asiya Şahmat Sammiti çərçivəsində Asiya Şahmat Federasiyasının Qitə Assambleyası keçirilib və orada Rusiya Şahmat Federasiyasının ACF-yə daxil olması məsələsi həll olunub.
Bildirilir ki, qərarın lehinə 29 nümayəndə, əleyhinə 1 nəfər səs verib. 6 nəfər isə bitərəf qalıb.
Beləliklə də, Rusiya Şahmat Federasiyası regional üzvlüyünü Avropadan Asiyaya dəyişən ilk Rusiya idman təşkilatı olub.
Rəsmi keçid 2023-cü il mayın 1-də baş tutacaq.