Ev Siyasət FHN Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminar keçirib

FHN Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş beynəlxalq seminar keçirib

38

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Müasir şəraitdə mülki müdafiə: problemlər və perspektivlər” mövzusunda videokonfrans rejimində II beynəlxalq seminar keçirilib.

Seminarda Rusiya Federasiyası, Belarus, Qazaxıstan və Özbəkistan respublikalarının ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Azərbaycan Respublikası FHN-in və ölkəmizin bir sıra ali məktəblərinin nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd mülki müdafiə üzrə müvafiq ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və onların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev əhalinin mühafizəsinin təmin edilməsində mülki müdafiənin mühüm rol oynadığını diqqətə çatdıraraq, bu kimi tədbirlərin əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verdiyini qeyd edib.

Akademiyanın rəisi bildirib ki, hazırda mülki müdafiə dövlətin ən mühüm funksiyalarından biri, müdafiə quruculuğunun və ölkənin təhlükəsizliyinin təmin edilməsinin tərkib hissəsidir. İnsanların təhlükəsizliyi və təsərrüfat obyektlərinin dayanıqlı fəaliyyəti mülki müdafiənin necə təmin olunmasından aslıdır. Bu məqsədlə böyük yanğınlar, texnogen və təbii fəlakətlərlə səmərəli mübarizə aparmaq üçün qüvvə və vasitələrin daim hazır vəziyyətdə saxlanılması, təlim və məşğələlərin keçirilməsi, əhalinin maarifləndirilməsi zəruridir.

Sözünə davam edən natiq vurğulayıb ki, bugünki seminar gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradacaq və əlaqələrimizə yeni təkan verəcək. Səsləndirilən təkliflər mülki müdafiə sahəsində mövcud problemlərin həllinə töhfə verəcək, habelə mülki müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin icrasının təmin edilməsinə xidmət edəcək.

Daha sonra seminar iştirakçılarının çıxışları dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Əvvəlki məqaləHacı Şahin vəfat edib
Növbəti məqalədəSabunçuda keçirilən əməliyyatlar zamanı ötən ay narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 81 nəfər saxlanılıb