Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli vəfat edib.
Məlumata görə, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
Həsənli Şahin Hüseyn oğlu 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alan Hacı Şahin Həsənli 1991-ci ildən başlayaraq fərdi qaydada dini təhsil almağa başlayıb.
1992-ci ildə isə, Bakı şəhəri Yasamal rayonunda yerləşən “Hüseyniyyə” adlı kiçik ibadət evində ruhani fəaliyyətinə başlayıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidində imam-camaatdır.