Ev Hərbi Minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib

Minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib

57

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib.
911.info.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hədəfləri minaatanlardan yüksək dəqiqliklə məhv ediblər.
Qabaqcıl döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşğələlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Əvvəlki məqaləAgentlik tərəfindən Etilen-Polietilen zavodunda yoxlama aparılıb
Növbəti məqalədəAzərbaycan Prezidenti bolqarıstanlı həmkarını təbrik edib