Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
73 kq çəkidə çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində tacikistanlı Bahruzi Xocazoda ilə üz-üzə gələcək. Eyni çəkidəki Rəşid Məmmədəliyev özbəkistanlı idmançı Şaxram Ahadovla güləşəcək.
Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.