“Fənərbağça” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az İtaliya mətbuatına istiandən xəbər verir ki, komanda “Milan”da çıxış edən Ante Rebiçi rənglərinə bağlamaq niyyətindədir. A Seriaysı təmsilçisi xorvatiyalı futbolçunu satışa çıxarıb. Onun baş məşqçi Piolonin gələcək planlarına daxil olmadığı bildirilir. İstanbul klubunun Rebiçi transfer etmək cəhdləri isə uğursuz alınıb.
Belə ki, millinin üzvü Türkiyəyə gəlməyə razı olmayıb. Ona Almaniya Bundesliqası klublarından da təkliflər olduğu bildirilir. Ante Rebiç cari mövsüm “Milan”da 21 matç keçirib və 3 qol vurub.