“5 mart Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə hamını təbrik edirəm”.
Bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir tədbirlərlə zəngin “İdman həftəsi”nin baş tutduğunu bildirib: “Burada bütün yaş kateqoriyalarından olan cəmiyyətin müxtəlif insanları iştirak etdilər”.
F. Qayıbov Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri arasında baş tutmuş qolf turniri haqqında da danışıb:
“Azərbaycan Qolf Federasiyasına, dəstək olan sponsorlara və iştirakçılara təşəkkür edirəm. Bütün tədbirlərimiz idmanın təbliğinə yönəlib. Hamını təbrik edirəm, həm də idmanla məşğul olmağa çağırıram”.