Ev Dünya Los-Ancelesdə atışma: 5 nəfər yaralandı

Los-Ancelesdə atışma: 5 nəfər yaralandı

35

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki San-Pedro çimərliyində atışma olub, azı 5 nəfər yaralanıb.

Bu barədə ABŞ hüquq-mühafizə orqanlarına istinadən “Los Angeles Times” qəzeti məlumat yayıb.

Hər beş zərərçəkən xəstəxanaya yerləşdirilib. Yerli polis idarəsinin sözçüsü bildirib ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Polis şübhəlinin hadisə yerindən qaçdığını bildirib. Hadisənin baş verdiyi çimərlik araşdırma üçün bağlanıb.

Əvvəlki məqaləMüdafiə Nazirliyi: “Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsi yaradılmalıdır”
Növbəti məqalədəŞəmkirdə avtomobil qadın piyadanı vuraraq öldürüb