Qalatasaray”ın futbolçusu Viktor Nelsson yayda komandasını dəyişə bilər.
“Todofichajes”in xəbərinə görə, danimarkalı mərkəz müdafiəçisinin İtaliyada oynamaq variantı var.
A Seriyası təmsilçilərindən “Atalanta” onun xidmətində maraqlıdır. Berqamolular mövsümün sonunda keçidi reallaşdırmağa çalışacaqlar. 2021-ci ildən “Qalatasaray”da çıxış edən Nelssonun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Bir müddət əvvəl “Sevilya” onu heyətinə cəlb etmək istəsə də, keçid baş tutmayıb. “Transfermarkt” portalı bu mövsüm “sarı-qırmızılar”ın heyətində 24 oyunda 1 məhsuldar ötürmə edən 24 yaşlı oyunçunu 14 milyon avro kimi qiymətləndirir.