Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri təxirəsalınmaz tədbirlər sayəsində Astara rayonunun Vaqo, Pensər, Siyəkü və Ovala kəndləri ərazisində kolluq və meşəlik sahələrdə yanğın baş verib. Yanğınlar bu gün səhər saatlarında tam söndürülüb.
911.info.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı İdarəsinin, Astara Rayon İcra Hakimiyyətinin əməkdaşları və yerli sakinlər iştirak ediblər.