Bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə avtobus alışaraq yanıb.
911.info.az xəbər verir ki, DYP-nin məlumatına əsasən hadisə mühərrikində baş vermiş qısaqapanma səbəbindən baş verib.
Qurumun məlumatına əsasən, yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.