Ev Cəmiyyət Sabaha olan hava şəraiti açıqlanıb

Sabaha olan hava şəraiti açıqlanıb

37

Martın 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Əvvəlki məqaləQazaxıstanlı nazir Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
Növbəti məqalədəİranda növbəti SEPAH komandiri qətlə yetirildi