Ev Hərbi Biləsuvardan ölkəyə 61 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

Biləsuvardan ölkəyə 61 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

31

Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

911.info.az DSX-nin Mətbuat xidmətinə əsasən xəbər verir ki,ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Əvvəlki məqaləX Qlobal Bakı Forumu: Səhiyyə ilə bağlı panel iclası keçirilib
Növbəti məqalədəAzərbaycan könüllüləri Türkiyənin zəlzələ bölgəsindəki fəaliyyətini yekunlaşdırıb