Ev İdman Mahir Əmrəlinin ilk oyunu dəyərləndirildi

Mahir Əmrəlinin ilk oyunu dəyərləndirildi

100

Mahir Emrelinin “Konyaspor”dakı ilk oyunu dəyərləndirilib.

911.info.az  “Yeni Haber” nəşrinə istinadən xəbər verir ki, millimizin üzvünün ilk matçda istədiyi performansı göstərə bilmədiyi vurğulanıb. Forvard mövqeyində çıxış edən oyunçu ara-sıra cinahda da oynayır.

“Konyaspor”un son matçda “Giresunspor”a qarşı oyunda sağ cinahda forma geyinən Emrelinin çıxışının uğursuz olduğu bildirilib. Bu səbəbdən də yarımmüdafiəçin növbəti görüşlərdə mərkəz hücumçusu kimi mübarizə apara biləcəyi qeyd edilib.

Emreli mövsümün sonuna qədər icarə əsasında “Konyaspor”da forma geyinəcək.

Əvvəlki məqaləFHN qanunsuz tikintinin qarşısını almağa davam edir
Növbəti məqalədəQarabağ və Şərqi Zəngəzurda tikintiyə dair xidmət haqlarının məbləğləri müəyyənləşib