Ev İqtisadiyyat Mikayıl Cabbarov: “Greener” MMC-yə bir milyon manat güzəştli kredit verilib”

Mikayıl Cabbarov: “Greener” MMC-yə bir milyon manat güzəştli kredit verilib”

99

Sabirabadda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 mln. manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə yazıb.

“Sahibkarlığın İnkişafı Fondu tərəfindən regionlarda fəaliyyət göstərən biznes subyektlərinə maliyyə dəstəyi çərçivəsində Sabirabad rayonunda müasir istixana təsərrüfatının yaradılması üçün Greener MMC-yə 1 mln. manat güzəştli kredit verilib”, – M.Cabbarov yazıb.

Xatırladaq ki, ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən kiçik və orta sahibkarlıq layihəsi ücün 104,2 milyon manat güzəştli kredit ayrılıb.

Əvvəlki məqaləÜstündə pulemyot gəzdirən paytaxt sakini saxlanıldı
Növbəti məqalədəİlham Əliyev İsrailin kəşfiyyat nazirini qəbul edib