Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçiriləcək görüş barədə fikirlərini bölüşüb.
Yüngül çəkidə (70kq) mübarizə aparan idmançı turnirdə tarix yazmaq arzusunda olduğunu söyləyib:
“Hər bir idmançının arzusudur ki, böyük liqalarda döyüşsün. Çətin olacağını bilirəm. Nəyin bahasına olursa-olsun uğura çatmaqdan ötrü əlimdən gələni edəcəyəm. Hazırda biz sırf Qran-priyə, qarşıdakı döyüşə fokuslanmışıq. Şabli ayaq üstə yaxşı döyüşür, əl və ayaq zərbələri yaxşıdır. Güman edirəm ki, yaxşı döyüşümüz olacaq. Azarkeşlər qan görmək istəyirlər. Biz də çalışacağıq ki, ayaq üstə maraqlı döyüş göstərək. Mənim üçün böyük səhnədir. Tarix yazan idmançıların sırasında olmaq istəyirəm”.
Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-nin San-Xose şəhərində keçiriləcək. “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır. İndiyə qədər Şabli MMA-da keçirdiyi 25 görüşdə 22 qələbə, Musayev isə 22 döyüşdə 18 qələbə qazanıb.