Ev İqtisadiyyat Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə reyslərin sayı artırılacaq

Bakı-Ağstafa sürətli qatar marşrutu üzrə reyslərin sayı artırılacaq

38

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar olaraq Bakı-Ağstafa marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədilə 18 və 19 mart tarixlərində əlavə reys təyin edir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib. Belə ki, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də Ağstafaya yola düşən ilk sürətli qatar saat 13:20-də, 08:45-də yola düşən ikinci qatar isə saat 13:40-da mənzilbaşına çatacaq. Bakı-Ağstafa marşrutu üzrə səfər edən sərnişinlərin bayram tətilinin sonunda paytaxta rahat və vaxtında çatdırılmasında əlavə reysə ehtiyac yaranarsa, müvafiq qaydada təmin ediləcək.

Xatırladaq ki, Bakıdan Ağstafaya hərəkət edən sürətli sərnişin qatarının yolda olma müddəti 4 saat 55 dəqiqədir. Qatarın orta sürət göstəricisi isə 100km/saat təşkil edir.

Əvvəlki məqaləPrezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”
Növbəti məqalədəMüdafiə naziri: “Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq”