UEFA “Barselona”nı avrokuboklardan uzaqlaşdıra bilər.
Məlumatına görə, bir müddətdir klubun hakimlərə rüşvət veridiyi yönündə iddialar var. İspaniya mətbuatında davamlı bu haqda xəbərlər dərc olunur. İddia olunur ki, klub rəhbərliyi Hakimlər Komitəsinin sədri Enrikes Neqreiraya rüşvət verib. Artıq porokurorluq məsələ ilə bağlı cinayət işi açıb və araşdırma başladılıb. Əgər bu iddia sübuta yetirilərsə, UEFA Kataloniya təmsilçisini avrukoboklardan uzaqlaşdıracaq.
Xatırladaq ki, “Barselona” 2001-17-ci illər də hakimlərə rüşvət verməkdə ittiham olunur. Klubun prezidenti Xuan Laporta isə bu iddiaları rədd edib.