Ev Cəmiyyət Dalğıclar dənizdə batmaq üzrə olan şəxsi xilas etdilər

Dalğıclar dənizdə batmaq üzrə olan şəxsi xilas etdilər

50

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Əvvəlki məqaləRusiyaya növbəti sanksiya Kanadadan gəldi
Növbəti məqalədəTofiq Musayev nokauta düşüb