Ev Manşet Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

Prezident İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

42

“Sizi Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib:

“Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə, əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram – keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.

Əvvəlki məqaləSərhəddən narkotik keçirmək istəyən şəxslər saxlanılıb
Növbəti məqalədəBakı-Ağstafa sürətli qatar marşrutu üzrə reyslərin sayı artırılacaq