Ev İdman “Neftçi” “Şamaxı”nın qonağı olacaq

“Neftçi” “Şamaxı”nın qonağı olacaq

117

Azərbaycan Premyer Liqasında bu gün XXVI tura yekun vurulacaq. “Report”un məlumatına görə, turun qapanış matçı Şamaxıda keçiriləcək. Eyniadlı komanda çempionatın iddialı klublarından “Neftçi”ni qəbul edəcək.

Son 5 dueldə “Şamaxı”ya qalib gələn “ağ-qaralar” seriyanı davam etdirməyə borcludurlar. Əks təqdirdə, ikinci pillədəki “Sabah”la xal fərqi artacaq. Bölgə təmsilçisi isə məğlub olmamaqla həm iki illik “Neftçi” tilsimini qırmaq, həm də sonuncu pillədəki “Səbail”dən uzaqlaşmaq niyyətindədir.

Üçüncü sıradakı bakılıların aktivində hazırda 52 xal varsa, “Şamaxı” 20 xalla doqquzuncu yerdə qərarlaşıb.

Əvvəlki məqaləISESCO-nun keçmiş baş katibi: “Heydər Əliyev ölkəni böhranlardan xilas etdi”
Növbəti məqalədəSabaha olan hava proqnozu açıqlanıb