Ev İdman “Bu qələbə qızıla bəbarədir” – Xavi

“Bu qələbə qızıla bəbarədir” – Xavi

36

“Barselona” La Liqanın növbəti turunda “Atletik” klubunu məğlub edib (1:0). İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandez görüş sonrası fikirlərini bildirib.

O, komandasının çıxışını belə dəyərləndirib: “Yenə hər şey eynidir. Biz daha yaxşı oynamalı və hücuma keçməliyik. Çətin bir səfrədə önə keçdik, bunu qorumağa məcburduq. Bu qələbə bütün qızıla bərabərdir. 9 xal fərqlə liderliyi qoruyub saxladıq. Qələbəyə laiq idik.

Müdafiəyə inam olmaq vacibdir. Hücumda təkmilləşməli və daha sakit, səbirli olmalıyıq. Mən mövqeyimizdən çox razıyam.

Unutmayın ki, La Liqa və Çempionlar Liqasının qalibi “Real Madrid”in 9 xal önündəyik”.

Əvvəlki məqaləAğdam Sənaye Parkında bir MMC-yə qeyri-rezident statusu verildi
Növbəti məqalədəNazirdən baytarlıq xidmətləri ilə bağlı yeni qərar