Ev Cəmiyyət Doqquzmərtəbəli binada yanğın baş verdi

Doqquzmərtəbəli binada yanğın baş verdi

130

Doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın baş verib. Hadisə Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

911.info.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 26 m² sahədə sıradan çıxıb.

Yüksək temperaturdan mətbəxin tavan örtüyü 7 m² sahədə əriyib. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləAzərbaycan sərhədlərini pozan Əfqanıstan vətəndaşları saxlanıldı
Növbəti məqalədəAğdam Sənaye Parkında bir MMC-yə qeyri-rezident statusu verildi