Ev İdman Böyük Şor gölü sahilində qaçış zolağı istifadəyə verilib

Böyük Şor gölü sahilində qaçış zolağı istifadəyə verilib

40

Böyük Şor gölü sahilində salınan qaçış zolağının açılışı olub.

Açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, yüngül atletikayla məşğul olması üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2.40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Əvvəlki məqaləQəbələdə meşə yanıb
Növbəti məqalədəDünya bazarında neftin qiyməti düşdü