Ev İdman Çempionlar Liqası: İki 1/4 finalçı müəyyənləşir 

Çempionlar Liqası: İki 1/4 finalçı müəyyənləşir 

32

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

Məlumata görə, bu gün iki cavab oyunu keçiriləcək.

“Portu” Portuqaliyada “İnter”i qəbul edəcək. İlk matçda italyanlar minimal hesablı qələbə əldə ediblər (1:0).

Digər qarşılaşma İngiltərədə baş tutacaq. Turnirin favoritlərindən “Mançester Siti” ilk matçda 1:1 hesablı heç-heçəyə razılaşdığı “Leypziq”in müqavimətini qırmağa çalışacaq.

Hər iki görüş Bakı vaxtı ilə gecə 00:00-da start götürəcək.

Əvvəlki məqaləBöyük əməliyyat: 161 nəfər saxlanıldı
Növbəti məqalədəQəbələdə meşə yanıb