Ev Dünya Kolumbiyada narkotik daşıyan sualtı qayıq aşkarlandı

Kolumbiyada narkotik daşıyan sualtı qayıq aşkarlandı

29

Kolumbiya sahillərində 72 milyon funt-sterlinq dəyərində kokain və iki cəsəd daşıyan sualtı qayıq tapılıb.

Ölkənin Hərbi Dəniz Qüvvələri Sakit Okeanda 2,6 tondan çox narkotik daşıyan 49 futluq gəmini ələ keçirib.

Səlahiyyətlilər sualtı qayıqdakı axtarış zamanı iki sağ qalan şəxslə rastlaşıblar. Onlara ilkin tibbi yardım göstərilib. İki ekipaj üzvünün isə zəhərli qazdan ölə biləcəyi güman edilib.

Sualtı qayığın Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinə aid olduğu iddia edilib. Təşkilat 1964-cü ildən Kolumbiyada fəaliyyət göstərən solçu partizan qruplaşmasıdır. Qrup illərlə davam edən üsyanlarını maliyyələşdirmək üçün narkotik alveri, qəsb, adam oğurluğu və digər cinayət fəaliyyətləri ilə məşğul olur.

Əvvəlki məqaləDünya bazarında neftin qiyməti düşdü
Növbəti məqalədəMövqelərimiz 19 dəfə atəşə tutuldu