Ev Hərbi Kəmaləddin Heydərov ABŞ-ın Avropa Komandanlığının nümayəndəsi ilə görüşüb

Kəmaləddin Heydərov ABŞ-ın Avropa Komandanlığının nümayəndəsi ilə görüşüb

31

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb.

Qurumlararası əlaqələrin, o cümlədən mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhəmiyyətindən danışıb. Bu çərçivədə, ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə və təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq perspektivlərinin müəyyən olunması məqsədilə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Nüvə təhlükəsizliyi məsələlərinə toxunan nazir K.Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb.

Həmçinin, nazir fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş FHN-in çevik xilasetmə qüvvələrinin fəaliyyəti barədə ətraflı məlumat verib, əldə edilmiş təcrübələri bölüşüb.

Əvvəlki məqaləDövlət qurumları ağacəkmə tədbirlərinə dair memorandum imzalayıb
Növbəti məqalədə11 evdən oğurluq edən qardaşlar saxlanıldı