Bu gün Real TV-nin beş yaşı tamam olur.
5 mart 2018-ci ildə Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nin qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.
Real TV 15 mart 2018-ci il saat 08:00-də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb. 17 sentyabr 2018-ci ildən etibarən 24 saatlıq yayıma keçib.
Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru jurnalist Mirşahin Ağayevdir.