Ev Cəmiyyət Bakıda çoxmərtəbəli binada yanğın baş verdi

Bakıda çoxmərtəbəli binada yanğın baş verdi

109

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 
Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb. 
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Əvvəlki məqaləFHN-in ikinci səhra hospitalı Bakıya gətirildi
Növbəti məqalədə“Sabah” “Zirə”ni belə məğlub etdi