Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son iki oyunu keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya “Real”ı İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”u qəbul edib. Madrid təmsilçisi cavab oyununda da rəqibini məğlub etməyi bacarıb – 1:0. Gecənin digər matçında isə “Napoli” İtaliyada Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını sınağa çəkib.
İlk oyunda səfərdə qalib gəlməyi bacaran Neapol təmsilçisi cavab matçında da 3:0 hesablı qələbə qazanıb.