Ev Dünya FHN-in ikinci səhra hospitalı Bakıya gətirildi

FHN-in ikinci səhra hospitalı Bakıya gətirildi

31

Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin ikinci mobil səhra hospitalı zəlzələ bölgəsində yerli tibbi infrastrukturun bərpası nəzərə alınaraq, bu gün Bakıya gətirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən Kahramanmaraş rayonunda qurulmuş, zəruri tibbi ləvazimatlar, dərman və preparatlarla təchiz olunmuş 2 ədəd mobil səhra hospitalında ümumilikdə, 684-ü uşaq olmaqla, 3123 nəfər zərərçəkmişə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Əvvəlki məqaləBMT nümayəndə heyəti Füzulidə
Növbəti məqalədəBakıda çoxmərtəbəli binada yanğın baş verdi