Filippinin Mindanao adasının sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 270 kilometr cənub-şərqdə, zəlzələnin ocağı 60 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.