Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.
“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.
Bu mərhələdən etibarən, püşkün nəticəsinə əsasən, istənilən ölkə təmsilçisi bir-birilə qarşılaşa biləcək.
1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq.
Turnirin final görüşü isə mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutacaq.