“Arsenal” Avropa Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb.
911.info.az idmanxeber.az-a istinadən xəbər verir ki, London klubu penalltilər seriyasında “Sportinq”ə məğlub oldu. Oyunun ardından Mikel Arteta qarşılaşma barədə fikirlərini bildirib:
“Xeyr, qalib gəlmək üçün kifayət qədər iş görmədik. Bu, şübhəsiz ki, böyük zərbədir. İlk 75 dəqiqədə öz səviyyəmizdə deyildik. Hər topu verdik və oyunda üstün olmaq imkanımız yox idi.
Son 15 dəqiqədə və əlavə vaxtda qalib gəlmək şanslarımız oldu, amma penaltilərə gəlincə, artıq böyük həyəcan var idi və uduzduq. Özümüzü tənqid etməli və niyə uduzduğumuz barəsində düşünməliyik. İndi isə Premyer Liqada qarşıda 11 matçımız var. Artıq onları düşünməliyik”.