Ev Dünya Qazaxıstanda parlament seçkiləri baş tutub

Qazaxıstanda parlament seçkiləri baş tutub

122

Qazaxıstanda bu gün keçirilən parlamentin (aşağı palatası – Red) və məclislərin (yerli nümayəndəlik orqanları – Red) deputatları seçkilərində əksər məntəqələrdə bağlanış vaxtına seçici fəallığı 54,09 % təşkil edib.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının katibi Muxtar Yerman keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, saat 20:00-a ( Bakı vaxtı ilə 18:00) olan məlumata görə, siyahılara daxil edilmiş seçicilərin ümumi sayının 54,09 faizi seçki bülletenlərini alıb.

İlk “Exit-poll” nəticələri xüsusi onlayn marafon zamanı gecə yarısından sonra elan ediləcək. Ümumilikdə, respublikada 10 mindən çox seçki məntəqəsi səhər saat 07:00-dan (Bakı vaxtı ilə 05:00) 20:00-a ( Bakı vaxtı ilə 18:00) qədər açıq olub. Qeyd edək ki, səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək.

Ümumilikdə, Milli Məclisin 98 deputatı – 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.

Əvvəlki məqaləMillimizə böyük itki
Növbəti məqalədəBu iki dövlət arasında sərhəd gücləndirilib