Ev İqtisadiyyat Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır

35

Martın 23-dən Bakı şəhərinin Xəzər rayonunun ərazisində yerləşən Abşeron Milli Parkına müntəzəm marşrut xətti açılır.

Bu barədə parkın direktoru Etibar İbrahimov özünün “Facebook” səhifəsində yazıb.

“Bu tarixdən etibarən Koroğlu metrosu-Abşeron Milli Parkı və Abşeron Milli Parkı-Koroğlu metrosu istiqamətində yeni müntəzəm marşrut xətti fəaliyyətə başlayır. Avtobus marşrutu martın 23-dən martın 26-dək, Novruz tətili günlərində fəaliyyət göstərəcək, sonrakı dövrdə daşınma xidməti, yalnız həftənin şənbə və bazar günlərini əhatə edəcək”, – E. İbrahimov bildirir.

Bu xətt üzrə daşımalar “Zirə Bələdiyyəsi Nəqliyyat Xidməti” MMC tərəfindən həyata keçiriləcək. Bir istiqamətdə xəttə buraxılacaq 22 yerlik avtobus səhər saat 10:30-da Koroğlu metrosundan yola düşəcək, saat 16:30-da Abşeron Milli Parkından geri qayıdacaq. Qeyd edək ki, Abşeron Milli Parkının ərazisi 783 hektardır. Ziyarətçilərin üzünə park 2005-ci ildən sonra müəyyən edilmiş marşrutlar çərçivəsində açılıb

Əvvəlki məqaləAzərbaycanda kompüter istehsalı artıb
Növbəti məqalədəƏlahiddə Ümumqoşun Orduda əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar