Ev Hərbi DSX və Hərbi Prokurorluq əməkdaşları Cəlilabadda hərbi hissədə şəxsi heyətlə görüşüb

DSX və Hərbi Prokurorluq əməkdaşları Cəlilabadda hərbi hissədə şəxsi heyətlə görüşüb

46

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, 18 mart 2023-cü il tarixdə Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissəsində şəxsi heyətlə görüş keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilmiş, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanmışdır.Hərbi Prokurorluğun əməkdaşları və çıxış edənlər cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr vermişlər.

Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim etmişlər.

Əvvəlki məqaləƏlahiddə Ümumqoşun Orduda əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar
Növbəti məqalədəKremldə Vladimir Putin və Si Cinpin arasında danışıqlar başlayıb