Ev İdman “Qalatasaray”a Mertensdən sevindirici xəbər

“Qalatasaray”a Mertensdən sevindirici xəbər

42

“Qalatasaray”da Dris Mertensin yaxın vaxtda yenidən yaşıl meydanlara qayıdacağı gözlənilir.

İdmanxeber.az-ın məlumatına görə, ulduz futbolçu zədə səbəbindən bir aydır oynaya bilmir. İstanbul klubu onun yoxluğunda “Kasımpaşa” və “Konyaspor” oyunlarında bir qələbə, bir məğlubiyyətlə meydanda ayrılıb. Mertensin növbəti turda “Adana Demirspor”la görüşdə meydanda olacağı gözlənilir. Klub həkimləri bütün gücü ilə futbolçunu həmin görüşə hazırlayırlar. Təcrübəli futbolçunun Adana klubu ilə görüşdə forma geyinə biləcəyi vurğulanıb.

35 yaşlı futbolçu cari mövsüm “Qalatasaray”da 22 matçda 6 qol vurub, 3 assit edib.

Əvvəlki məqaləYevlaxda dörd nəfər itkin düşüb
Növbəti məqalədə“Fənərbağça”da yeni müqavilə