Bu ilin yanvar-fevral aylarında Çinin qlobal alüminium istehsalındakı payı 58,9 % təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,1 faiz bəndi çoxdur.
911.info.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Alüminium İnstitutu (IAI) məlumat yayıb.
Məlumata görə, 2 ay ərzində dünyada ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çox – 11,096 milyon ton alüminium istehsal olunub. Bunun isə 6,536 milyon tonu Çinin payına düşüb.