Ev Manşet Ermənistan MN-in yalanının üstü açıldı

Ermənistan MN-in yalanının üstü açıldı

45

Ermənistan Azərbaycan tərəfindən əsir götürüldüyünü iddia etdiyi hərbçisini tapıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, martın 21-də avtomobillə hərbi istehkamlara ərzaq apararkən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin hərbçisi M.Q. martın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb. Əsgərin həyatı üçün təhlükənin olmadığı vurğulanır. Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüblər.

Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatı təkzib etmişdi.

Əvvəlki məqalə“Qalatasaray”ın futbolçusu baş ağrılarına görə millidən kənarlaşdırıldı
Növbəti məqalədəMirzoyan: “Yaxın vaxtlarda üçtərəfli görüş keçirilə bilər”