Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını ölkənin Milli Günü münasibətilə təbrik edib.
Bu barədə XİN-in “Twitter” hesabında yerləşdirilən paylaşımda deyilir.
“Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq”, – deyə paylaşımda qeyd olunub.