Ev İdman Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər

38

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarını yerli hakimlər idarə edəcəklər.

AFFA-nın məlumaınta görə, Bakıda təlim-məşq toplanışında olan U-19-un Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşlərində azərbaycanlı referilər iş başında olacaqlar.

Martın 24-dəki görüşdə Kamran Əliyev ədalət təmsilçisi olacaq. Ona Asif Abdullayev və Rasim Axundov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək.

Bundan üç gün sonra komandaların ikinci duelində Əli Əliyev fit çalacaq. Orxan İbişovla Zakir Şükürzadə yan xətt, İslam Məmmədov isə ehtiyat hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.

Əvvəlki məqaləAynur Rzayeva Azərbaycanın boks tarixinə düşüb
Növbəti məqalədəFüzulidə 3 otaqlı ev yanıb