Füzuli rayonunun Dilağarda kəndində 3 otaqlı evdə yanğın baş verib.
911.info.az bu barədə FHN-ə istinadən məlumat verib.
Belə ki, ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kvadratmetr sahədə, 1 otağının tavanı və dam örtüyü 20 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










