İsmayıllıda zəlzələ baş verib.
911.info.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən xəbər verir ki, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı zəlzələ baş verib.
4,2 maqnitudakı zəlzələ rayonu ərazisində, 9 km dərinlikdə qeydə alınıb. Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.