Martın 23-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
911.info.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən sutka ərzində axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Belə ki, cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb. Narkotiklərlə bağlı 8 fakt müəyyən edilib