Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
911.info.az bu barədə FHN-ə istinadən xəbər verir.
Hadisə Bakı şəhəri Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində qeydə alınıb. Nəticədə ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin zirzəmisində ev əşyaları 25 m² sahədə yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










