Ev Hərbi Ermənilər Füzulidə səngər qazmağa cəhd ediblər

Ermənilər Füzulidə səngər qazmağa cəhd ediblər

40

Füzulidə ermənilər tərəfindən səngərlərin hazırlanmasına cəhd edilib.

911.info.az bu barədə Müdafiə Nazirliyinə istinad edir.

Məlumata görə, bu gün günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əvvəlki məqalə“Sərhədi pozmağa cəhd edən 5 nəfər saxlanılıb”- DSX
Növbəti məqalədəTornado ABŞ-də 21 nəfərin həyatına son qoydu