Ev İdman Qurban Qurbanov: “Dostluq, qardaşlıq oyununa hazırlaşırıq”

Qurban Qurbanov: “Dostluq, qardaşlıq oyununa hazırlaşırıq”

52

“Ən vacib amil görüşün mahiyyətidir. Bu oyun Türkiyədəki zəlzələdən sonrakı durum üçün planlaşdırılıb. Çox istərdim ki, görüş xoş təəssüratlarla başa çatsın”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Türkiyə “Qalatasaray”ına qarşı keçirəcəkləri xeyriyyə oyunundan öncə jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis matça ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda çox gözəl ab-hava gördüyünü bildirib:

“Təşkilatçılara təşəkkür edirəm. Məlumatım var, klubumuzun əməkdaşları stadion işçiləri ilə birlikdə çox böyük işlər görürlər. Mənim üçün çox xoş oldu. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Məncə, maraqlı və önəmli qarşılaşmadır”.

Əvvəlki məqaləDünya bazarında neft hazırkı qiyməti nə qədərdir?
Növbəti məqalədəİlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb