Mart ayının 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 (bir) nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılmışdır.
911.info.az DSX-ə istinadən xəbər verir ki, saxlanılan şəxs 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğludur.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.










