Ev Cəmiyyət Sərnişin qatar yoluna düşdü

Sərnişin qatar yoluna düşdü

45

Bu gün Bakı metropoliteninin “Memar Əcəmi” stansiyasında kişi sərnişin qatar yoluna düşüb.

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb.

Məlumata görə, dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür.

Əvvəlki məqaləUfadan Bakıya yeni aviareys açılacaq
Növbəti məqalədəPaytaxtda avtomobilində qanunsuz “Makarov” gəzdirən şəxs saxlanılıb